Sensasion matçdan sonra Putin ispan kralına zəng etdi
1-07-2018 22:45
Baxış sayı:
3148

Rusiya və İspaniya matçından sonra prezident Vladimir Putin ispan kralı VI Filippə zəng edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Prezident İspaniya millisinin bacarığını və oyun nümayişini təqdir edib. Bununla bərabər o vurğulayıb ki, Rusiya komandasının taktik gedişləri daha doğru olub”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Rusiya milli “Lujniki” stadionunda rəqibi İspaniyanı heç-heçə matçdan sonra təşkil edilən penaltı qarşılaşmasında məğlub edib.
Bununla da, ruslar tarixdə ilk dəfə olan DÇ-da dörddə bir finala yüksəlib.