Seqers: Türkiyəyə hücum olarsa...
30-06-2018 20:13
Baxış sayı:
7834

NATO-ya üzv olan Türkiyəyə hücum olarsa, ölkəmiz Ankaraya dəstək olmamalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Hollandiyadakı Xristian Birliyinin lideri Qert Yan Seqers deyib. O bidirib ki, Türkiyənin Avropa Birliyinə üzv olması üçün aparılan müzakirələr bir dəfəlik dayandırılmalıdır:
"Türkiyəni müdafiə etmək kimi məsuliyyətimiz yoxdur. Onlar Suriyanın şimalında həyata keçirdikləri Afrin hərəkatı ilə sərhədləri aşdılar".
Seqers Rəcəb Tayyib Ərdoğanın 24 iyunda prezident seçilməsindən sonra Hollandiya hökumətinin təbrik etməsini də tənqid edib.