Sevgilisinin qardaşı tərəfindən ÖLDÜRÜLDÜ

Baxış sayı:
7999

Xırdalan şəhər sakini Pərviz Həbibov qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib. Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmar aparılır.