Şəhidin vəsiyyəti YERİNƏ YETİRİLDİ

“Zeytun Budağı” Hərəkatının şəhidi Musa Özalkanın ilk vəsiyyəti Suriyada həyata keçirilib. Çobanbəydə uşaqlara və gənclərə xidmət verəcək Musa Özalkan Mədəniyyət Mərkəzinin tikintisi tamamlanıb.
Türk Silahlı Qüvvələrinin (TSQ) Afrinə qarşı keçirdiyi “Zeytun Budağı” Hərəkatının ilk şəhidi olan Musa Özalkanın vəsiyyəti Suriyada yerinə yetirilib. Kurt-Ar dərnəyi tərəfindən “Fərat Qalxanı” bölgəsində uşaqlara və gənclərə xidmət verəcək mədəniyyət mərkəzinin tikintisi tamamlanıb.
Terror təşkilatlarının nəzarətindəki Afrinə qarşı TSQ və ASO tərəfindən aparılan “Zeytun Budağı” Hərəkatının üçüncü günündə şəhid olan Özalkanın ürəkləri dağlayan vəsiyyəti Suriyada yerinə yetirilib.
Xatırladaq ki, Şəhidin bir yaxınına, "Vəsiyyət edirəm, şəhid olsam, Kurt-Ar Cəmiyyəti vasitəsi ilə Telafərdəki Türkmən balalar (uşaqlar) üçün uşaq bağçası, bağça və ya mədəniyyət mərkəzi dövlətin mənə verəcəyi puldan tikilməsi və adımın qoymasını istəyirəm" deyərək telefonla mesaj göndərmişdi.
Müxalifət.az