Şimali İraqda CƏBBƏXANADA PARTLAYIŞ
30-06-2018 13:12
Baxış sayı:
6988

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) paytaxtı Ərbildə bu səhər bir cəbbəxanada partlayış baş verib.
IKBY-nin paytaxtı Ərbil şəhərində polis, partlayışın şəhərin şərq hissəsindəki Bahreka bölgəsində bir silah anbarında meydana gəldiyini bildirib.
Böyük zərərə yol açan partlayışda, insan itkisi olmayıb.
Partlayışın səsi isə paytaxtın bir çox yerində eşidilib.
Rəsmilər partlayışın səbəbinin terror aktı və ya təxribat olmadığını, hava temperaturunun yüksəlməsi nəticəsində baş verdiyini qeyd ediblər.
Qeyd edək ki, Ərbildə son bir il içərisində 3 silah anbarında partlayış baş verib.
Müxalifət.az