Sinayda 13 terrorçu məhv edildi
24-07-2018 21:55
Baxış sayı:
4750

Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında keçirdiyi əməliyyat nəticəsində 13 terrorçu məhv edilib.
Muxalifet.az xəbər verir ki, əməliyyat Əl-Əriş şəhərində evlərdən birində baş tutub.
Məlumata görə, mənzildə terrorçuların olması ilə bağlı hüquq-mühafizə orqanları informasiya əldə edib və bundan sonra hərbçilər hərəkətə keçib.
Ərazidən həmçinin müxtəlif çaplı silahlar da götürülüb.