SİYASİ PARTİYALAR HAQQINDA QANUNA ETİRAZ - Müxalif partiya sədrləri üsyan etdi...

Baxış sayı:
2731

“İstənilən bir hadisəni bəhanə edib, Bakıda partiyaların fəaliyyətini dayandıracaqlar”

Bir neçə gün öncə prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, qanuna 16.4-1-ci maddə əlavə edilib. Yeni maddədə deyilir: “Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər”.

Eyni zamanda prezidentin imzaladığı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna əsasən, hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi əslində, müxalif partiyalar arasında ciddi müzakirə predmeti olmalıydı, amma bununla bağlı müzakirə ortamı demək olar ki, yoxdur. Görünür, hakimiyyətin istədiyi qanunu dəyişdikdə və yaxud qanuna əlavə etdikdə müxalifətin mövqeyinin nəzərə almaması müxalifəti də içinə çəkilməyə vadar edib. “Siyasi partiyalar haqqında” qanuna edilən əlavənin ciddiliyini nəzərə alıb, müxalif partiya sədrlərinin münasibətilərini öyrənməyə çalışdıq.

“Ölkə aktiv müharibə vəziyyətinə keçəcəyi təqdirdə hökumət partiyasının fəaliyyəti də dayandırılımalıdır”

“Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklə bağlı Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu "Hürriyyət"ə deyib ki, əgər cəbhədə aktiv müharibə prosesi başlayarsa, içtimai və siyasi təşkilatların fəaliyyətini dayandrımaq məqsədəmüvafiqdir: “Bu, bütün dünyada belədir. İkinci dünya müharibəsində də müharibəyə qoşulmuş ölkələrdə siyasi partiyaların fəaliyyəti dayandırılıb. Amma burada bizi narahat edən bir məqam var. Burada çox aydın şəkildə cəbhədə yaranmış vəziyyət yazılmalıdır. Çünki provakasiya edib, yalandan düşmənə bir güllə atıb, sonra da gəlib burada partiyaların fəaliyyətini dayandıra bilər. Burada açıq şəkildə yazılmalıdır ki, cəmiyyət total şəkildə münaqişəyə cəlb oluncağı təqdirdə təbii ki, təkcə müxalif partiyaların yox, o cümlədən hökumət partiyasının fəaliyyəti də dayandırılmalıdır. Burada qeyd olunmalıdır ki, ölkə aktiv müharibə prosesinə qoşulacağı təqdirdə siyasi partiyaların və qeyri-dövlət təşkilatlarının fəaliyyəti müharibə başa çatana qədər dayandırılmalıdır. Şəxsən mən bir partiya sədri olaraq bunun tərəfdarıyam. Heç prezdentin fərmanı lazım deyil. Azərbaycan hökuməti Ermənistanla müharibəyə başlayacağı təqdirdə biz böyük məmuniyyətlə siyasi fəaliyyətimizi dayandırıb, bütün fəaliyyətimizi ordunun güclənməsinə, müharibədə qələbə çalmasına sərf etməyə hazırıq. Amma bu cür qeyri-müəyyən ifadələr altında doğru deyil. Dediyim kimi, ola bilsin ki, sabah müharibə yoxdur, amma desinlər ki, cəbhədə vəziyyət gərgindir, biz indi filan partiyanın fəaliyyətini dayandırırıq. Burada bir partiyadan söhbət gedə bilməz. Əgər siyasi fəaliyyət müharibənin gedişinə mane olursa, niyə bütün partiyaların fəaliyyəti dayandırılmamalıdır ki, bəziləri dayandırılmalıdır? “Mane olan” sözü olduqca ciddi bir şeydən xəbər verir. Burada söhbət ondan gedir ki, özlərinə lazım olan partiyaların fəaliyyətini davam etdirəcək, özlərinə lazım olmayan partiyaların fəaliyyətini dayandıracaqlar. Ona görə, qanunda belə olmalıdır ki, ölkə aktiv müharibə vəziyyətinə keçəcəyi təqdirdə ölkədə bəzi yox, bütün partiyaların və ictimai təşkilatların fəaliyyəti dayandırılmalıdr. Bu, normaldır. Çünki fövqalədə şəraitdir. Onsuz da “Seçkilər haqqında” qanuna görə müharibə vəziyyətində seçkilər keçirilmir, təxirə salınır. Əgər seçkilər müharibə vəziyyətində təxirə salıncaqsa, onda partiyalar nə işlə məşğul olacaq? Qanunda yazılmalıdır ki, müharibə vəziyyətində ölkədə bütün siyasi, ictimai təşkilatların fəaliyyəti dayandırılır. Yalnız rəsmi dövlət orqanları fəaliyyət göstərməlidir. Həm də bütün siyasi qüvvələr və ictimai təşkilatlar müharibədə qələbənin təmin olunmasına cəlb olunmalıdır. Məsələn, mən siyasi fəaliyyətimi dayandırıb, nə işlə məşğul olacam? Mən əgər ordunun təbliğatı ilə məşğul olmayacam, əsgərlərin arasına gedib onları vətənpərvərlik ruhunda tərbiyə etməyəcəm, yəni ordunun qələbəsində bu və ya başqa şəkildə iştirak etməyəcəmsə, onda mənim fəaliyyətimin dayandırılmasının nə mənası var? Qanunda həm də bu nəzərdə tutulmalıydı ki, fəaliyyət dayandırılandan sonra ictimai və siyasi təşkilatların bütün fəaliyyəti müharibədə qələbənin təmin edilməsinə yönəldilməlidir".

“İstənilən bir hadisəni bəhanə edib, Bakıda partiyaların fəaliyyətini dayandıracaqlar”

““Mane olan partiyaların fəaliyyəti dayandırılacaq” ifadəsi göstərir ki, bu qanun kanyukturaya yol açır. Ona görə, mane olan partiyalar ola bilməz. Əgər bir partiyanın fəaliyyətı dayandırılırsa, hamının fəaliyyəti dayandırılmalıdır. Biz gedib müharibədə erməninin tərəfində durmayacağıq ki. Mən burada mitinq edəcəm, sən deyəcəksən ki, mane olursan, elə şey alınmaz. Mane olmaq nə deməkdir? Sadəcə demək lazımdır ki, fövqəladə vəziyyət şəraitində ölkənin gücünü müharibədə qələbəyə yönəltmək məqsədilə bütün siyasi partiyaların, o cümlədən ictimai təşkilatların fəaliyyəti müvəqqəti olaraq dayandırılmalıdır. Biz nədən bilək ki, sən dediyin vəziyyətdə Yeni Azərbaycan Partiyası mane olmayacaq? Sənin əlində hakimiyyət var, deyəcəksən sən mane olursan. Çünki əməliyyatı sən aparırsan. Deyəcəksən mənə elə gəlir ki, sən mane olursan. Bəlkə elə Yeni Azərbaycan Partiyası mane olur. Burada məqsəd müxalif partiyaların fəaliyyətini müxtəlif bəhanələrlə dayandırmaqdır.

Azərbaycan xroniki müharibə vəziyyətindədir. Bəzən cəbhənin müxtəlif sahələrində aktivləşmə olur. İstənilən bir hadisəni belə bəhanə edib, Bakıda partiyaların fəaliyyətini dayandıracaqlar. Məqsədli şəkildə bu yazılıb. Burada yazılmalıdır ki, bütün partiyaların fəaliyyəti dayandırılmalıdır. Bu da aktiv hərbi vəziyyətlə bağlı olmalıdır. Föqalədə vəziyyət elan edilən ərazidə hansısa bir partiya fövqalədə vəziyyətin şərtlərinə mane olursa, onda qanun var, qanun o adamların fəaliyyətini qadağan edir. Mane olmağı hər cür başa düşmək olar. Hərbi siyasi bəyanat verirsən, deyirsən ki, sən mənə mane olursan. Bu, ona gətirib çıxarır ki, fövqalədə vəziyyət şəraitində hakimiyyətin yanlışlıqlarını tənqid etməyəsən, hakimiyyət xalqa ziddi bir siyasət aparacaqsa, onunla bağlı danışmayasan. Çöx təhlükəli bir dəyişiklikdir. Yəni net deyil. Ümumi şəkildə mən qəbul edirəm ki, ölkəmiz aktiv müharibə şəraitinə keçəcəyi təqdirdə bütün partiyaların fəaliyyəti dayandırılsın. O vəziyyət də aydın şəkildə izah olunmalıdır. Çünki hökumətin əlində imkan var ki, fövqalədə vəziyyət elan etsin, sonra da o fövalədə vəziyyətə görə Bakıda hansısa partiyanın fəaliyyətini dayandırsın. Bu, çox ciddi şəkildə Azərbaycanda siyasi həyatın məhdudlaşdırılmasına aparan təhlükəli bir qanundur”,-deyə ADP sədri vurğuladı.

“Bu məsələ öz rəqibini sıradan çıxarmağa xidmət edəcəksə, onda bu, doğru deyil”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu isə bildirdi ki, Azərbaycan hakimiyyəti, qanunvericilik orqanı bu məsələləri özbaşına edə bilməzlər: “Bu layihə təklif olaraq böyük ehtimalla Administrasiyadan gəlib. Azərbaycan müharibəyə başlayacaqsa, yəni müharibə şəraiti olacaqsa, mən bundan da kəskin dəyişikliklərin tərəfdarıyam. Amma bu məsələ sırf hansısa məqsədlərə xidmət edəcəksə, yəni öz rəqibini sıradan çıxarmaq və başqa məsələlər, onda bu, doğru deyil. Amma Azərbaycan ərazisinin böyük bir hissəsi işğal altındadır. Bu ərazinin çox böyük hissəsinin işğalı 4 iyun qiyamı və ondan sonra başlayıb. Ona görə də belə dəyişikliklərin olması onu göstərir ki, Azərbaycan çox ciddi müharibə vəziyyətindədir və ciddi müharibə hazırlığı vəziyyəti təkcə siyasi partiyalara şamil edilməməlidir. Bu əlaqələrdə o da olmalıdır ki, hər kəs uyğun hərbi sahədə keçdiyi təcrübəyə, xidmətə görə kim hansı sahəni bacarırsa, o sahəyə siyasilər də cəlb olunmalıdır və səfərbərlik də olmalıdır. Təki torpağımız işğaldan azad olunsun”.

“Bu qanun dəyişikliyi mürtəce xarakter daşıyır”

Musavat Partiyasının sədri Arif Hacılı bildirdi ki, Azərbaycan hakimiyyəti ölkədə, xüsusilə 1992/93-cü illərdə yaradılmış demokratiya institularını, demokratik ənənələri aradan qaldırmaq istiqamətində sistemli fəaliyyət göstərir: “Ölkədə çoxpartiyalı sistemin inkişaf etməsini istəmir. Ona görə də qanunda zaman-zaman bu tipli dəyişikliklərə yol verilir. Bu qanun dəyişikliyi də mürtəce xarakter daşıyır və siyasi pariyaların normal fəaliyyət göstərməsinin qarşısını almaq üçün mexanizmlər əldə etmək məqsədi güdür”.

“Qanunu yenidən sərtləşdirmyə lüzum yox idi”

Картинки по запросу Iqbal Ağazadə

Ümid Partiyasının sədri Iqbal Ağazadə vurğuladı ki, bütün qanunlar hamısı məhkəmə vasitəsilə tənzimlənməlidir: “Onsuz da ki, hərbi və fövqalədə vəziyyətdə siyasi partiyaların qərarları və fəaliyyətləri fövqalədə və hərbi vəziyyətə uyğun həyata keçirilir. Ona görə də hesab edirəm ki, qanunu yenidən sərtləşdirmyə və partiyaların fəaliyyətini dayandırmağa lüzum yox idi. Çünki fövqalədə və hərbi vəziyyət haqqında rejimi pozanda dərhal siyasi partiya qanunamüvafiq olaraq cavabdehlik daşıyır. Güman edirəm ki, onu sərtləşdirməklə sonrakı mərhələdə fövqalədə vəziyyət götürüləndə belə partiyaların və onların fəaliyyətinin bərpası uzun müddət çəkəcək, süründürməçilik olacaq. Bu da partiyalara əlavə bir təzyiqdir. Hətta hansısa partiyanın fəaliyyəti tam dayandırıla da bilər”.

“Hakimiyyətə qarşı kütləvi çıxışlar başlayarsa, “əsaslar” tapıb hərbi və yaxud fövqalədə vəziyyət elan edə bilərlər”

Похожее изображение

Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər dedi ki, Azərbaycan hakimiyyəti ölkə daxilindəki prosesləri izləyir, vəziyyətdən narahatdır və düşünür ki, ölkədə ictimai-siyasi sabitlik pozular, hakimiyyətə qarşı kütləvi çıxışlar başlayarsa, “əsaslar” tapıb hərbi və yaxud fövqalədə vəziyyət elan edə bilərlər: “Görünür, hansı partiyadan çəkinirlər, hansı partiya ki, kütləvi etirazların gələcək təşkilatçısı ola bilər, onların fəaliyyətini qadağan etmək, lazım gələndə kütləvi həbslər keçirmək üçün hüquqi baza yaratmaq istəyirlər. Bu, sadəcə ehtiyat tədbirləridir”.

“Rusiyanın xüsusi xidmət orqanları Azərbaycana “məxməri inqilab”ların önlənməsi ilə bağlı tövsiyyələr verir”

“Mən dəfələrlə mətbuata demişəm ki, Rusiyanın xüsusi xidmət orqanları bütün MDB ölkələrinə, o cümlədən Azərbaycana, onun xüsusi xidmət orqanlarına “məxməri inqilab”ların önlənməsi ilə bağlı tövsiyyələr verir, təlimatlar göndərir, birgə müzakirələr keçirirlər və bunlar da gizlədilmir. Açıq şəkildə bəyan edirlər ki, “məxməri inqilab”ların qarşısını almaq üçün birgə mexanizmlər işləyirlər və zaman-zaman bu təlimatlar gəlir ki, hansı siyasi, hüquqi, inzibati, təhlükəsizlik, kəşfiyyat, hərbi addımları atılmalıdır. Onu da nəzərə alırlar ki, “məxməri inqilab”larda çox zaman partiyalar deyil. Siz özünü də görürsünüz ki, Ermənistanda gedən proseslərdə vətəndaş hərəkatı ön plana çıxır, yəni “yumşaq güc” kompenentindən daha çox istifadə olunur. Ona görə də bunlar bütün pariyaları, ictimai təşkilatları, yəni gözlənilən perspektiv inkişaf variantlarını çalşırlar ki, hamısını nəzərə alsınlar və hamısına uyğun da ehtiyat tədbirləri hazırlasınlar”,-deyə partiya sədri əlavə etdi.

“Heç bir partiyanın fəaliyyətinin məhdudlaşdırılması deyil”

Картинки по запросу Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev isə qeyd etdi hərbi vəziyyət dönəmində və yaxud fövqalədə vəziyyətdə partiyaların hər hansı birinin fəaliyyəti həmin dönəmə uyğun olmadığı müddətdə mütləq bağlanmaq iddiası yoxdur, bağlanıla bilər, iddiası var: “Bu, çox məntiqli bir məsələdir. Əgər müharibə ölkədə olan bir ərazidə hərbi vəziyyət elan olunubsa, həmin ərazidə hansısa partiya vəziyyətə uyğun olmayan davranış nümayiş etdirərsə, kütləvi provokasion tədbir keçirirəsə, bilərəkdən və yaxud bilməyərəkdən keçiriləcək əməliyyatlara mane olarsa, təbii ki, ölkənin mənafeyi bütün qrupların, partiyaların və fərdlərin üzərindədir, onda həmin təşkilatların fəaliyyətləri dayandırıla bilər. Yəni o dönəmdə partiyanın ərazi üzrə şöbəsi yaxud da bölgədə olan hissəsinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasından söhbət gedir, partiyanın ləğv olunmasından söhbət getmir. Məncə, bu da məntqili bir məsələdir. Heç bir partiyanın fəaliyyətinin məhdudlaşdırılması deyil. İstənilən ölkədə belədir, eyni cür tətbiq olunur. Ölkənin mənafeyi tələb edəndə hətta partiyaların bütövlükdə siyasi fəaliyyətinin belə məhdudlaşdırılması normal məsələdir. Sabah əməliyyatlara başlayarıqsa, onda belə məsələlərin gündəmə gətirilməsi tamamilə normal səsələnə bilər. Ölkənin mənafeyinə uyğun olmayan hərəkətlər olarsa, nəinki fəaliyyətin dayandırlması, hətta həmin partiyaların haqqında ciddi şəkilkdə məsələ qaldırılması gündəmə gətirilməlidir”.

“Yalnız fövqalədə və müharibə vəziyyəti tətbiq olunan dönəmdə həmin ərazidə ola bilər”

“Fövqalədə və müharibə vəziyyəti tətbiq olunan ərazidə siyasi partiyalara qanunun şamil olunması aydın qeyd qeyd olunmur” dedikdə F. Quliyev dedi ki, yalnız fövqalədə və müharibə vəziyyəti tətbiq olunan dönəmdə həmin ərazidə ola bilər: “Siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər” ifadəsi səhv qoyulub. “Hərbi vəziyyət və ya fövqəladə vəziyyət” ifadəsi varsa, o bütün ölkə ərazisində tətbiq olunmur, axı. Hər hansı bir ərazidə tətbiq olunubsa, həmin ərazidə fəaliyyət göstərməkdən söhbət gedir. Əgər bütün ölkə ərazisində fövqalədə vəziyyət və yaxud hərbi vəziyyət elan olunarsa, onda təbii ki, bütün ölkə ərazisində tətbiq oluna bilər. Amma yalnız bu vəziyyətlər dönəmində və ərazidə bu məsələ tətbiq olunur. O da “mütləq ləğv olunacaq” iddiası ilə qoyulmur, “dayandırıla bilər” iddiası ilə qoyulur. Məncə, bu da normaldır”,-deyə deputat düşünür.

“Hakimiyyət bütün sahələrdə məhdudlaşdırıcı addımlar atır”

Картинки по запросу Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də öz növbəsində “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyə münasibətini ifadə edib: “Əslində, bu vaxta qədər qəbul edilmiş qanunlarda siyasi partiyaların mövcudluğı, onların siyasi fəallıq dərəcəsi barədə müddəalar var idi. Çox güman ki, hökumət məhdudlaşdırıcı addım atıb. Bəllidir ki, bu, hakimiyyətin siyasi maraqlarına xidmət edir. Onsuz da Azərbaycanda bu vaxta qədər fəaliyyət göstərən partiyalar fövqalədə hallarla və yaxud müharibənin fəallaşması ilə bağlı birmənalı milli mövqe nümayiş etdirirlər və belə olduğu təqdirdə bu cür məhdudlaşdırıcı müddəalar yalnız bu hakimiyyətin siyasi maraqlarına xidmət edir. Onsuz da Azərbaycanda siyasi cameə bu vaxta qədər yüksək şüur nümayiş etdirib. Bunun ən bariz nümunəsi aprel döyüşləri vaxtı idi. Necə olmasından asılı olmayaraq hərbi vəziyyət hamımızın maraqlarını əks etdirir. Onsuz da hakimiyyət bütün sahələrdə məhdudlaşdırıcı addımlar atır. Bu da onlardan biridir, narahat olmağına dəyməz. Demək olar ki, bu hakimiyyətin qəbul etdiyi qanunlar və yaxud onlara edilən dəyişikliklər hamısı mücərrəd formulələrlə qəbul edilir. O da mümkün ola bilər ki, kimlərsə qarşı vasitə şəkilində mücərədd bir şərh oluna bilər”.

Şamo EMİN