"Sənin indiki maaşın çox böyükdür..." - PREZİDENTLİYƏ NAMİZƏD MESSİYƏ

Baxış sayı:
5287

"Barselona" futbol klubunun prezidentliyinə namizəd Emili Russo Katalon klubunun hücumçusu Lionel Messinin gələcəyi haqqında fikirlərini bölüşüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Lionelin gözlərinə baxacam və deyəcəm: "Sənin indiki maaşın çox böyükdür, klub onu ödəyə bilmir. İndi isə icazə ver hazırladığımız idman layihəsindən danışaq. Biz səni gənc istedadlarla əhatəyə almağa hazırlaşırıq".

Messi yayda "Barselona"dan getmək istəyirdi? Bunun səbəbi iqtisadi məsələ deyildi, idman layihəsinin yoxluğu idi", - Russo bildirib.

"Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək. Səsvermədə yalnız komandanın kluba ödənişlər edən və üzv sayılan azarkeşləri iştirak edə biləcəklər.