ŞOK: Kraliça sağdır, ölümünü MƏŞQ EDİRLƏR - "Dəfn mərasimi"ndə nazirlər də iştirak edib...

Baxış sayı:
3763

İngiltərənin 92 yaşlı kraliçası Elizabetin dəfn mərasiminin məşqi keçirilib. Məşq qərarının ötən günlərdə Kraliçanın xəstələnməsindən sonra alındığı bildirilib. “London Bridge” adı verilən cənazə planına görə, Kraliça Elizabetin ölümündən sonra baş nazir Tereza Mey xalqa müraciət edəcək və 10 gün matəm elan edəcək.
 
Birləşmiş Krallığın Kraliçası 2-ci Yelizaveta vəfat etdiyi təqdirdə olası dəfn mərasiminin məşqi keçirilib. Dəfn mərasimi məşqlərində yüksək səviyyəli nazirlər də iştirak edib.
İngilis “Daily Mail” qəzetinin xəbərlərinə görə, 92 yaşındakı Kraliçanın vəfat etdiyi rəsmi olaraq açıqlandıqdan bir gün sonra "London Bridge" adı verilən plan tətbiq ediləcək.
Bu plan çərçivəsində bütün hazırlıqlar əvvəlcədən bəzi yüksək səviyyəli nazirlərin də iştirakı ilə gizlincə məşq edilib. Xəbərdə siyasətçilərin ilk dəfə dövlət heyətləri ilə birlikdə eyni otaqda plan üzərində işlədikləri bildirilib. Plana görə, Kraliçanın ölümündən sonra baş nazir Tereza Meyın millətə müraciət edəcəyi və 10 gün matəm elan ediləcəyi qeyd edilib.

Müxalifət.az