SON DƏQİQƏ: Çavuşoğlu “Sülh Çeşməsi” əməliyyatı ilə bağlı bəyanat verdi

Baxış sayı:
11902

Qvineya – Bisau XİN naziri Suzi Carla Barbosa ilə birgə mətbuat konfransı keçirən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu , "YPG-çilərin İŞİD üzvlərini pul əvəzində azadlığa buraxdığı barədə məlumatlar almışıq”, dedi.
Bu barədə Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir.

"İŞİD rəhbəri əl-Bağdadiyə qarşı əməliyyatdan öncə Türkiyəyə məlumat verilmişdi. İŞİD və oxşar terrorçu dəstələrlə bundan sonra da mübarizəyə davam edəcəyik. YPG üzvlərinin “Sülh Çeşməsi” əməliyyatını bəhanə edərək İŞİD-ciləri pul alaraq azadlığa buraxdığına dair məlumatlar almışıq. Bunları yoxlayırıq", deyə Çavuşoğlu bildirdi. 
ABŞ YPG terrorçularının bölgədən çıxdığını yazılı şəkildə təsdiqlədi. Lakin həm atəşkəs zamanında, həm də sonra ABŞ ilə müzakirələrimizdə belə dedik; Bölgədən çıxmayan kimsə varsa və bzə hücum olarsa Türkiyənin bunları vurmaq haqqı var. Tək - tük bölgədən çıxmayıb qalanları görürük, sonuncu dəfə PUA ilə hücum etdiklərini gördük. Bundan sonra da “Təhlükəsiz Bölgədən” çıxmayanları aşkar olunsa onu zərərsizləşdirəcəyik. Hərəkata ara verib, atəşkəsə razı olmağımız burada qalan terrorçulara heç bir şey etməyəcəyimizi bildirmir.
Rusiyadan hərbi heyət gəlir, təfərrüatları bölüşəcəyik. Fərat çayından İraq sərhədinə qədər 30 kilometrlik məsafədən geri çəkilməsələr Türkiyə onları təmizləyəcək.
Muxalifet.az