SON DƏQİQƏ: Ramiz Mehdiyev daha bir YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ - YENİLƏNDİ
23-10-2019 17:20
Baxış sayı:
5614

İclas başa çatıb və Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə seçilib.
***
Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.
Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib. //report
***
16:09
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.
Muxalifet.az xəbər verir ki, iclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər.
Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.
Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib. Onun ərizəsi qəbul edilib.