ŞƏR İTTİFAQINDAN HƏRBİ HƏMLƏ

İsrail, Yunanıstan və Cənubi Kiprin müdafiə nazirləri, regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi üçün cümə günü Cənubi Kiprdə bir araya gələcək.
Yunanıstanın müdafiə naziri Panos Kammenos və İsrailin müdafiə naziri Aviqdor Liberman Cənubi Kiprə gedəcək. “Larnaka Zenon” axtarış və xilasetmə koordinasiya mərkəzində bir araya gələcək nazirlərin, əməkdaşlığı müzakirə edəcəyi bildirilir.
QAZDAN SONRA HƏRBİ ƏMƏKDAŞLIQ
Toplantı ilə bağlı açıqlama verən Yunan tərəfindən Savvas Angelides, regional təhlükəsizlik, əməkdaşlıq edilə biləcək mümkün sahələr və hərbi əməkdaşlığın daha da artırılmasını, həmçinin bu əməkdaşlığın kiber müdafiə etməklə axtarış və xilas etmə sahələri ilə bağlı məsələlərdə artırılmasını müzakirə edəcəklərini deyib.
Müxalifət.az