​Sərkisyanın qardaşına qadağa qoyuldu - 6,8 milyon...

Baxış sayı:
4756

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı, xüsusi məsələlər üzrə səfir Levon Sərkisyan və oğlu Narek qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə ittiham edilir.
Muxalifet.az xəbər verir ki, ittihamla əlaqədar Sərkisyana ölkəni tərk etmək qadağan edilib.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Levon Sərkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.