​Sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır - ELEKTRİK QATARININ HƏRƏKƏTİ DAYANDIRILDI

Baxış sayı:
2779

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən,  bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.
 
“Azərbaycan Dəmir Yolları”dan veilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.
 
“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.