Suriyada 12 saatlıq barışığın şərtləri AQÇIQLANDI
29-06-2018 11:35
Baxış sayı:
1897

Suriyanın cənub rayonlarında hökumət qoşunları və silahlı qruplaşmalar arasında atəşin dayandırılması döyüşçülərə kapitulyasiya şərtlərinin icrası üçün vaxt verir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Al Mayadeen” telekanalı bildirib.
Kanalın informasiyasına görə, barışıq Suriyanın cənubunda yerli vaxtla 29 iyun saat 00:00-da başlayıb və 12 saat davam edəcək. Döyüşçülər bu müddətdə orta və ağır silahları Suriya ordusuna verməli və danışıqlara başlamalıdır.