​Suriyadakı Rusiya hərbi bazasına hücum baş verib

Baxış sayı:
2893

Suriyadakı Hmeymim aviabazasının yaxınlığında mənşəyi məlum olmayan pilotsuz uçan aparatlar (PUA) vurulub.
 
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya aviabazasının nümayəndəsi bildirib.
 
Mənbəyə əsasən, PUA-ların hücumu nəticəsində xəsarət alan yoxdur və maddi zərər qeydə alınmayıb. Aviabaza normal rejimdə fəaliyyətini davam etdirir.