"Taliban" Əfqanıstanı qana boyadı
20-07-2018 15:49
Baxış sayı:
4078

Əfqanıstanın şimalında Kunduz vilayətində "Taliban" radikal hərəkatı üzvlərinin silahlı hücumu olub.
Muxalifet.az xəbər verir ki, hücum nəticəsində azı 12 polis əməkdaşının həlak olduğu bildirilir.
Faktı polis nümayəndəsi İnamuddin Rəhmani təsdiq edib, lakin ölənlərin dəqiq sayını qeyd etməyib. Bununla belə, onun sözlərinə görə, qarşı tərəfə tutarlı cavab verilib, "Taliban" radikal hərəkatı böyük itikilərə məruz qalıb.
İ.Rəhmanı əlavə edib ki, hazırda təhlükəsizlik qüvvələri tərəfindən şəraitə tam nəzarət olunur.