​Taxıl biçini zamanı qəza — Sürücü öldü

Baxış sayı:
7879

Cəlilabad rayonunda taxıl biçini zamanı bədbəxt hadisə baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Məşədilər kəndi ərazisində taxıl yığımı zamanı kombaynın aşması nəticəsində sürücü ölüb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.