Terrorçubaşı Karayılan və Bayıkın DANIŞIQLARI ORTAYA ÇIXDI

Şimali İraqda terror təşkilatı PKK-ya qarşı davam edən əməliyyatda 20 müvəqqəti baza yaradılıb. Bu arada Qəndildəki PKK terrorçubaşları Karayılan və Bayıkın şifrəli söhbətləri ortaya çıxıb. Türk Silahlı Qüvvələrinin (TSQ) 10 martda başladığı Şimali Iraq əməliyyatı davam edərkən, qurulan müvəqqəti bazaların sayı da 20-yə şatıb. TSQ ünsürlərinin bölgə içində irəliləyişi terror təşkilatının rəhbərliyində təlaşa yol açıb. Qəndil dağının əsasən İran tərəfində hərəkət etdikləri deyilənterrorçubaşları Murad Qarayılan və Cəmil Bayık şifrəli simsiz danışıqları da xüsusi xidmət orqanları tərəfindən qeyd edilib. İki şəxsin, təşkilatın "ön cəbhə” adlandırdığı yerlərdəki alt təbəqə terrorçuları günahlandırıb, təhdid edərək, “Lazım olan müqaviməti göstərə bilmirsiniz. Heç müqavimət göstərə bilmirsiniz. Çox sayda mövqe itirdik. Qəndil əldən getsə, hər şey bitəcək" dedikləri müəyyən edilib. Təhlükəsizlik qaynaqları, TSQ-nin baza yaradaraq, qalıcı vəziyyətə gəldiyi yerlərdən çəkilən terror təşkilatı PKK-nın ciddi səviyyədə maddi itkiyə məruz qaldığına da diqqət çəkiblər. Bölgədəki kəndlilərdən başda sözdə yol və xidmət vergisi adı altında nizamlı xərac toplayan təşkilatın, bu gəlirdən də məhrum olduğu bildirilib. Müxalifət.az