Terrorçubaşından seçkiyə 3 GÜN QALMIŞ ALÇAQ TƏLİMAT

Xaos yaratmaq istəyən Fətullah Gülənin 24 iyun seçkiərinə 3 gün qalmış "Türkiyəni ayağa qaldırın, xalqı küçəyə tökün” təlimatı verdiyi ortaya çıxıb.
Son ümidini 24 iyun seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə itirən Pensilvaniyadakı FETÖ başçısı Fətullah Gülənin seçkidən öncə sorğu keçirtdirib və nəticə onu dəhşətə gətirib. FETÖ-nun anket nəticələrinə görə Ərdoğan, 54 faiz səslə seçkini çox rahatlıqla qazanacağı görünüb.
TƏLİMAT: XALQ AYAĞA QALDIRIN
Sorğu nəticələri qarşısında çılğına dönən Gülən, Pensilvaniyadakı üst səviyyə imamları təcili toplantıya çağırıb. Seçkilərə 3 gün qalmış 21 iyunda keçirilən iclasda qəbul edilən qərarları MİT addım-addım təqib edib. İclasda terrorçubaşı, məsuliyyətli imamlara seçki günü Türkiyəni qarışdırıb, qiyam törətmək tapşırığı verib.
XALQI KÜÇƏYƏ TÖKÜN
İclasda alınan qərarlar FETÖ-nun başda Türkiyədəki məhrəm strukturu olmaqla, dünya miqyasında təşkilat üzvlərinə gizli xəbərləşmə proqramları üzərindən göndərilib. Sosial mediada hazırlanan bəyanat, xain plan və tapşırıqlar yer alıb. Təlimatda "Seçki birinci turda bitəcək, xaos mühiti yaradın, xalqı küçəyə tökün" deyə, bildirilib.
KOD ÇÖZÜLDÜ, TƏDBİR ALINDI
Xüsusi xidmət orqanlarının Pensilvaniyadakı xain toplantının kodunu çözəndən sonra təhlükəsizlik qüvvələri Türkiyə daxilində, həm səsvermə günü, həm də sosial mediadan qızışdırıcı paylaşmalar edən şəxslərə qarşı tədbirlər görüb. Hüquq-mühafizə və xüsusi xidmətin ölkə daxilində aldığı tədbirlər sayəsində xaos planı baş tutmayıb.
Müxalifət.az