Təməl Paşanın kəndlilərindən İNCƏYƏ ANLAMLI MESAJ

Baxış sayı:
1801

CHP-nin prezidentlyə namizədi Məhərrəm İncənin "Paqonlarını sökəcəyəm" deyə təhdid etdiyi 2-ci Ordu Komandanı general-polkovnik İsmayıl Mətin Təməl Paşanın kəndliləri İncəyə verilən 1 səslə bağlı açıqlama veriblər.
 
Məhərrəm İncənin “Seçildiyim təqdirdə paqonlarını sökəcəyəm” dediyi Afrin qəhrəmanı general-polkovnik İsmayıl Mətin Təməlin kəndliləri səsvermədəİncəyə verilən 1 səs üçün " O da bizim İncəyə hədiyyəmiz olsun" deyə, CHP namizədinə anlamlı cavab mesajı göndəriblər:
Alay Quyruq: “Biz xalq olaraq Məhərrəm İncəyə səsvermədə dərsini verdik. Komandanımızın da bundan sonra siyasi ritorikaya alət edilmədən terrorun üzərinə gedəcəyinə inanırıq”.
Müəmmər Kobal: “Məhərrəm İncə, o paqonları sökməyə gücün çatmazdı və çatmadı. Biz kəndliləri olaraq lazımi cavabı verdik. Türkiyə lazım olan cavabı verdi”.
 Nuri Kobal: “Məhərrəm İncəyə verilən o bir səs də hədiyyə olsun. Xalq görsün ki, onu buradan əli boş göndərməmişik”.
Müxalifət.az