Tramp ABŞ-ı ÜTT-dən çıxarmağı planlaşdırır

Baxış sayı:
2122
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonu Ümumdünya Ticarət Təşkilatından çıxarmağı düşünür.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Axios” portalı yayıb. Trampın özünün Ağ Evdəki adamlarına dəfələrlə bu barədə bəhs etdiyi iddia edilib.
“O, dəfələrlə ÜTT-dən çıxmaqla bağlı hədələyib. Bu, bizim ölkəni çox pis vəziyyətə qoyacaq. Tramp dəfələrlə deyib ki, ABŞ-ın niyə bu təşkilata üzv olduğunu bilmir və bu təşkilat ABŞ-ı çökdürür”, – deyə saytın mənbəsi bildirib.