​Tramp Avropanı "yıxıb-sürüdü": Onlar pis əməllər törədir...

Baxış sayı:
2797

Avropa Birliyi (AB) ticarətdə özünü Çindən pis aparır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“İttifaq olduqca pis əməllər törədir. Avtomobillərlə bağlı vəziyyətə baxın. Onlar bizə “Mersedes” göndərirlər, lakin biz göndərə bilmirik. Baxın, onlar bizim fermerlərlə nə edirlər. Onlar (AB) bizim kənd təsərrüfatı məhsullarını istəmir”, - Ağ Ev rəhbəri bildirib.
O vurğulayıb ki, il ərzində AB ilə ABŞ-ın ticarət profisiti 150 milyard dollara çatır.
D.Tramp əlavə edib ki, bütün bunlara baxmyaraq o, Avropa Birliyini sevir.