Tramp elan etdi: Rusiyanın işğalı tanına bilər - ŞOK

Baxış sayı:
6841

Rusiya Prezidenti Vladimir Putinlə görüşüm zamanı silahlanma yarışı məsələsini müzakirə edəcəm.

Muxalifət.az xəbər verir ki, bu bəyanatla Tramp verib.

“Biz planetdə baş verən hadisələr haqqında danışacağıq. Hətta silah üçün ayrılan milyonların ixtisarı haqqında danışa bilərik. Biz heç kimin indiyə qədər görmədiyi gücü yaradırıq”, – deyə o bildirib.

ABŞ lideri Krımı Rusiya ərazisi kimi tanıya biləcəyini də istisna etməyib. O, Krımın əldən getməsində əsas günahın Barak Obamada olduğunu bildirib. Sanksiyalar məsələsinə gəlincə isə onun ləğvinin Rusiyanın davranışlarından asılı olduğunu deyib.

Tramp həmçinin ABŞ-ın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə də aydınlıq gətirib:

“Bizə ÜTT-də çox pis yanaşırdılar. Bu ədalətsizdir. ABŞ-a gərək daha ədalətli yanaşsınlar. Mən ÜTT-dən çıxmağımız lazım olduğunu demirəm. Hesab edirəm ki, ÜTT-dəki mübahisələr daha ədalətli həll edilməlidir”./axar/