Tramp: Kral neftlə bağlı istəyimi qəbul etdi
30-06-2018 19:58
Baxış sayı:
7468

ABŞ Prezidenti Donald Trampın neft hasilatının 2 milyon barrelə artırılması ilə bağlı istəyinə Səudiyyə Ərəbistanı Kralı Salman müsbət cavab verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Donald Tramp Tvitter hesabında qeyd edib.
"Bir az əvvəl Səudiyyə Ərəbistanı Kralı Salman ilə danışdıq. İran və Venesuelada baş verən gərginliyə görə neft çatışmazlığının qarşısını almaq məqsədi ilə Səudiyyə Ərəbistanından hasilatı 2 milyon barrelə qədər artırmağı istədim. Qiymətlər çox yüksəkdir. Kral qəbul etdi", - Tramp bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ prezidentinin Tvitini təsdiqləyən və ya inkar edən heç bir açıqlama verməyib.