Tramp müavinini Bakıya və İrəvana göndərir - SƏFƏR TARİXİ BƏLLİ OLDU

Baxış sayı:
193

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralda Azərbaycana və Ermənistana səfəri gözlənilir.

ABŞ vitse-prezidentinin Bakıya gözlənən səfəri zamanı həbsdəki jurnalistlərin, azad medianın, vətəndaş cəmiyyətinin sıxışdırılması məsələlərini qaldırıb-qaldırmayacağı bəlli deyil. Tramp administrasiyası ötən ilin yanvarında hakimiyyətə gələndən rəsmi Bakıya insan haqları ilə bağlı açıq çağırış səslənməyib. Bayden administrasiyası ölkədə azadlıqlarla bağlı daha çox çağırış edirdi və Azərbaycan rəsmiləri həmin dönəmi ikitərəfli münasibətlərdə böhran sayırlar.

2012-ci ildə isə Azərbaycana ABŞ-nin daha bir yüksəkvəzifəli rəsmisi, Obama administrasiyasının dövlət katibi Hillari Klinton səfər edib. Dövlət katibi həm dövlət rəsmiləri, həm də vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin həbsdən azad olunmuş ictimai fəal Bəxtiyar Hacıyevlə görüşmüşdü. Klinton demişdi ki, onun azad olunması üçün Azərbaycan prezidentinə müraciət edib və Hacıyevi azad gördükdə çox sevinib.