Tramp pornoulduzun susması üçün… - SENSASİON SƏSYAZISI AŞKARA ÇIXDI

Baxış sayı:
5005

Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, 2016-cı ildəki seçki kampaniyasından əvvəl indiki ABŞ prezidenti Donald Trampa vəkillik edən Maykl Kohenin Trampın pornoulduz Stermi Denielsə pul ödənilməsi barəsində göstəriş verməsini lentə aldığı iddia edilib. ABŞ mətbuatında yayılan xəbərlərdə Denielsin susması üçün seçkilərdən əvvəl ona pul ödənilməsindən xəbəri olmadığını bildirən Trampın pul ödənişi zamanı danışığının lentə alındığı iddia edilib.
Bildirilir ki, prezidentin keçmiş vəkili Kohen 2016-cı ildə, prezident seçkilərindən iki ay əvvəl Trampın səsini qeydə alıb. Səsyazmaların FTB (Federal Təhlükəsizlik Bürosu) tərəfindən Kohenin otağında aparılan axtarış zamanı ələ keçirildiyi irəli sürülür.
Bundan əvvəl Trampa, aralarında olan münasibətlər barəsində Denielsin susması üçün 2016-cı ildə vəkillərinin pul ödəyib-ödəmədiyi barəsində sual verildikdə prezident “Xeyr” cavabı vermiş və əlavə eləmişdi: “Bunu Maykl Kohendən soruşmalısınız. Vəkilim odur. Maykldan soruşun”.