Tramp Ərdoğana ZƏMANƏT VERDİ

Baxış sayı:
2143

Türkiyənin xarici işlər naziri Çavuşoğlu, iştirak etdiyi canlı yayımda ABŞ Konqressində F-35 döyüş təyyarəsi satışı probleminə münasibət bildirib və “Tramp bu barədə lazımi addımları atacağını prezidentimizə söyləyib" deyib.
 
İştirak etdiyi canlı yayımda gündəmə dair sualları cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ-dan alınan F-35 döyüş təyyarələri ilə əlaqədar olaraq "Siyasi dillə deyil, hüquqi dillə də danışmaq lazımdır. F-35 haqqında Konqresdə atılan addımlar barədə Türkiyə narahatdır. Tramp bu barədə lazımi addımları atacağını Prezidentimizə söyləyib. Tramp Türkiyəyə önəm verir və münasibətləri inkişaf etdirmək istəyir" deyib.
Müxalifət.az