Tramp “Şimal axını 2”-yə niyə mane ola bilmir?

ABŞ-ın ən ciddi silahı olan sanksiyalar belə “Şimal axını 2”-nin tikintisinin qarşısını almağa imkan vermir.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Die Velt” qəzeti çıxış edib.
“Trampın indiyə qədər energetika sahəsində atdığı addımlar heç bir fayda gətirməyib. Almaniya, Finlandiya və İsveç bu layihənin gerçəkləşdirilməsinə razılıq verib. Üstəlik, artıq Baltik dənizinin dibiylə qaz kəmərinin tikintisi üçün ilkin addımların atılmasına hazırlıq başlanıb.
Tramp son şans olaraq “Qazprom”un layihəsində iştirak edən 5 Qərb enerji şirkətinə sanksiya tətbiq etdi, amma hətta bu da ona öz hədəfinə çatmağa imkan yaratmadı. Sanksiyalar bu layihənin reallaşdırılması imkanlarını sürətləndirir. ABŞ-la yaranmış ticarət mübahisəsi də artıq avropalıları əsəbiləşdirib”, - qəzet bildirib.