Tramp şəklində EKSTAZ DƏRMANLARI

Baxış sayı:
3322

ABŞ-ın İndiana ştatında narkotik tacirlərinə qarşı əməliyyat keçirən polis, ABŞ prezidenti Donald Trampın şəklini əks etdirən ekstaz həbləri ələ keçirib.
 
Amerika Birləşmiş Ştatlarının (ABŞ) İndiana ştatında narkotik əməliyyatı keçirən polis, ABŞ prezidenti Donald Trampın şəklini əks etdirən ekstaz həbləri ələ keçirib.
Həblərin ön hissəsində Trampın üzü, arxa hissəsində isə Trampın seçki dövründə istifadə etdiyi şüara istinad edən "Great Again (Yeni Mükəmməl)" yazısının yer aldığı bildirilib. Rəsmi şəxslər, daha əvvəl də müxtəlif yerlərdə Trampın üzünü əks etdirən narkotiklərə rast gəlindiyini qeyd edib. Keçirilən əməliyyat çərçivəsində 129 nəfərin yaxalandığı və 272 növ narkotik maddə ələ keçirildiyi bildirilib.
Müxalifət.az