Trampdan Rusiyaya dostluq MESAJI
21-06-2018 12:30
Baxış sayı:
3598

ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yenidən qaydaya salmaq arzusunu ifadə edib.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Amerika lideri bu haqda Minnesota ştatında mitinqdə çıxışında bildirdi.
“Biz Rusiya ilə yola getmək istəyirik”, - Tramp vurğulayıb.
Daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert nümayəndəsi bildirib ki, ABŞ Rusiya ilə daha möhkəm münasibətlərə malik olmağı üstün tutur. Ağ Evdən isə açıqlayıblar ki, Tramp və Rusiya prezidenti Vladimir Putinin mümkün görüşü üçün Avstriyaya mümkün meydançalardan biri kimi baxılır.