Trampın çirkli Fələstin-İsrail planına 4 ƏRƏB ÖLKƏSİNDƏN DƏSTƏK

Baxış sayı:
4021

İsrail mətbuatında yer alan bir xəbərə görə, ABŞ prezidenti Trumpın, ABŞ səfirliyinin Qüdsə köçürülməsini də ehtiva edən çirkli əsrin müqaviləsi planına 4 Ərəb ölkəsindən dəstək verildiyi iddia edilib.
 
Israilin “Hayom” qəzeti, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniyanın Trampın İsrail-Fələstin planını dəstəklədiyini yazıb. Qəzetin iddiasına görə, 4 Ərəb ölkəsi İsrail və Fələstin rəhbərliyi arasında "əsrin müqaviləsini" qəbul etdirmək məsələsində Trampı dəstəkləməklə yanaşı, sazişin qüvvəyə minməsi üçün Fələstin dövlətinin başçısı Mahmud Abbası da oyundan kənar edəcəklərini açıqlayıb.
Qəzetin xəbərinə görə, bu 4 ölkə nümayəndələrinin Trampın kürəkəni və müşaviri Jared Kuşner və Jason Greenblatta müqaviləni dəstəklədiklərini bildiriblər.
Xəbərdə "Misirli yüksək səviyyəli bir səlahiyyətlinin" ifadələrinə də yer verilib. Misirli səlahiyyətli, bu ölkələrin Amerikanın Abbasa sülh planını təqdim etməsinə və tətbiq olunmasına etiraz etməyəcəklərini açıqlayıb.
Buna baxmayaraq illərdir İsrail işğalının bitirilməsi və bir Fələstin dövlətinin yaradılmasında səy göstərən baş müzakirəçi Saeb Erekat ötən həftə “Middle East Eye” saytına açıqlama verərək "əsrin müqaviləsinin" heç bir şəkildə anlaşma olmadığını bildirmişdi.
Erekata görə, Vaşinqton, Fələstinlilər və onların maraqlarını nəzərə almadan hazırda meydançada öz strategiyasını həyata keçirir. Amerikalıların İsrail işğalının sözçüsü olmaqdan başqa bir şey olmadığını söyləyərək, ABŞ-ın əsas istəyinin İsrail irqi ayrı-seçkiliyini normallaşdırmaq olduğunu bildirib.
Müxalifət.az