Trampın etdiklərini GÖZ YAŞLARIYLA ANLATDI
20-06-2018 17:12
Baxış sayı:
5608

ABŞ-da “MSNBC” kanalının aparıcısı Rachel Maddow, Texasda ailələrindən zorla ayrılaraq qaçqın şəhərciklərinə yerləşdirilən uşaqlarla bağlı xəbəri təqdim edərkən göz yaşlarına boğulub.
ABŞ-da Donald Trampın köçkün siyasətləri ilə bağlı xəbəri canlı yayımda oxuyan məşhur diktor Rachel Maddow, miqrantların gördüyü rəftar qarşısında göz yaşlarını tuta bilməyib.
Daha sonra Twitter hesabından canlı yayımda ağladığı üçün üzr istəyən Maddowa tamaşaçılardan dəstək gəlib.
“Associated Press” xəbər agentliyinin hazırladığı xəbəri canlı yayımda oxumağa çalışan Maddow bu cümlələri söyləyib;
“Tramp rəhbərliyinin səlahiyyətliləri, ana və atalarından zorla ayrılan uşaqları və digər uşaqları, Cənubi Texasda ən azı 3 qaçqın düşərgəsinə göndərir".
Müxalifət.az