Trampla Putin niyə Helsinkidə görüşür? - Səbəbləri

Finlandiya mediası Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın 16 iyulda baş tutması planlaşdırılan görüşü üçün Helsinkinin seçilməsinin səbəblərini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, “İlta-Sanomat" qəzetinin məlumatına görə, Helsinki keçmiş zamanlarda da Rusiya və ABŞ liderlərinin görüşdüyü məkan olub. 1957, 1990 və 1997-ci illərdə Helsinki bu iki ölkə liderlərinin görüşünə ev sahibliyi edib.
İkinci bir səbəb kimi isə Finlandiyanın NATO-ya üzv olmaması və tərəfsiz ölkə olduğu göstərilib.
Qəzet görüş üçün Helsinkinin seçilməsinin məntiqi cəhətdən də düzgün olduğunu əsaslandırıb. Belə ki, Donald Trampın 11-12 iyulda NATO zirvəsi üçün Brüsseldə, 13 iyulda isə İngiltərə Baş naziri Tereza Mey və Kraliça II Elizabet ilə görüşü planlaşdırılır. Həmçinin iyulun 15-də DÇ-2018 başa çatır. Moskvadan Helsinkiyə uçuş isə cəmi 1,5 saatdır. Buna görə də görüşün bu şəhərdə olması hər iki lider üçün əlverişlidir.