TSQ BƏYAN ETDİ: "SON BİR HƏFTƏ ƏRZİNDƏ...”

Baxış sayı:
2077

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri son həftə ərzində bir nəfəri lider olmaqla, 56 terrorçunu zərərsizləşdirib.

Baş Qərargahın rəsmi “Tvitter” hesabından verilən açıqlamada, İraqın şimalındakı Hakurk, Kani, Raş və Hakkari sərhəd bölgəsində dünən keçirilən hava əməliyyatları zamanı 10 nəfər terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Bu hava əməliyyatları zamanı, terrorçuların kod ləqəbi “Həmzə” olan Əhməd Taşçı adlı liderlərinin öldürüldüyü açıqlanıb.