Türk nazir Türkiyəyə meydan oxuyan terrorçubaşı QARAYILANIN CAVABINI VERDİ
20-06-2018 08:09
Baxış sayı:
4816

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, “PKK-nın belini qırdıq. Dağlarda siçovul kimi qaçırlar. İndi biz bu işimizi yarımçıq qoyaq? Terror məsələsində siz daha işin fraqmentini gördünüz. 24 iyundan sonra nələr nələr edəcəyik, görəcəksiniz” deyib.
OX YAYDAN ÇIXIB ARTIQ
Qəndilə qarşı əməliyyatdan və terrorçubaşı Qarayılanın hədəsinə cavab verən Soylu, "Ox yaydan çıxıb artıq. Qəndildə Türk bayrağı ucaldılacaq. İllərdir qərargah və lojistik olaraq istifadə olunan və Diyarbəkirin, Mardinin, Vanın, Şırnakın üzərində psixoloji bas qıqərargah kimi istifadə olunan bu Qəndili, yerlə yeksan edəcəyik. Orada Murad Qarayılandan başlayaraq, iyrənc murdar adamlar var. Onlara da, bunlara da həddini bildirəcəyik" deyə, söyləyib.
Müxalifət.az