Türk ordusu daha bir şəhid verdi - MUSTAFA AKKAYA "BARIŞ PINARI"NDA YARALANMIŞDI
24-11-2019 13:29
Baxış sayı:
3888

"Barış Pınarı" əməliyyatında yaralanan zabit Mustafa Akkaya müalicə olunduğu xəstəxanada şəhid oldu.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralı halda xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi "Twitter" hesabında şəhidə rəhmət diləyərək ailəsinə başsağlığı verib, Türkiyə xalqına səbr diləyib.