Türk ordusuna raketlə hücum: 2 ŞƏHİD, 1 YARALI
20-06-2018 14:46
Baxış sayı:
5425

Türkiyənin Hakkari bölgəsinin Çukurca mahalında PKK terrorçuları hərbi maşına raketlə hücum edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, Harkabirim Təpə hərbi baza ərazisindən enən hərbi maşına hücum zamanı 2 əsgər şəhid olub, daha biri yaralanıb.