TÜRK ORDUSUNDAN DAHA BİR UĞURLU ƏMƏLİYYAT - İraqda PKK terrorçuları məhv edildi
1-07-2018 14:05
Baxış sayı:
2842

Türkiyə HHQ İraqın şimalında və ölkənin iki cənub-şərq əyalətində 8 PKK terror qruplaşmasının üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Silahlı Qvvələrinin Baş Qərargahı bildirib.
Məlumatda deyilir: "30 iyun - 1 iyul tarixlərində İraqın şimalında Zap rayonunda, Türkiyənin Van əyalətinin Çatak və Şırnak əyalətinin Beytüşşebal rayonunda hava əməliyyatları zamanı 8 PKK terrorçusu zərərsizləşdirilib".
Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.