Türk ordusunun əmrindəyik: TÜRKİYƏNİN İŞARƏSİNİ GÖZLƏYİRİK

Baxış sayı:
2188

Türk Silahlı Qüvvələri (TSQ), Menbiçi terror təşkilatı YPG/PKK-dan təmizləmə fəaliyyəti çərçivəsində rayonda altı patrul xidmətini həyata keçirib. Menbiçə girməyə hazırlaşan ASO gücləri TSQ-dən gələcək təlimatı gözləyir.
 
ABŞ ilə həyata keçirilən planın birinci mərhələsində, Türk və ABŞ tərəfinin hərbi və kəşfiyyat birliyi Menbiçdə birgə nəzarətə başlayacaq. İkinci mərhələdə də terrorçulardan təmizlənəcək rayonda yerli əhalidən ibarət bir hakimiyyət qurulacaq.
Menbiçin təhlükəsizlik və sabitliyinin təmin olunmasına yönəlik başlayan bu əməliyyatda Azad Suriya Ordusu (ASO) da tətikdə gözləyir. PYD/PKK-lı terrorçuların Fərat çayının şərqinə çəkilməsindən sonra ASO güclərinin də prosesə cəlb olunması gözlənilir. Əllər tətikdə göstəriş gözləyən ASO nümayəndələri Menbiçin Əl Boğaz kəndinin Əl Bab-la sərhədində keşik çəkir.
 
TÜRKİYƏYƏ BORCLUYUQ
 
“Zeytun Budağı” Hərəkatından sonra Menbiç üçün hazırlaşdıqlarını bildirən Əl Həmzə Briqadasının Günbəzin Bölgəsi üzrə komandiri Məhəmməd Şibil, əsgərlərinin ruhdan düşməməsi üçün davamlı təlim keçirdiklərini bildirib. Menbiçə girəcək ASO güclərinin arasında Əl Həmzə Briqadasının öndə gəldiyini dilə gətirən Şibil, "Biz həm müharibədə, həm sülhdə asayişi təmin etməyə hazırıq. TSQ-dən gələcək əmri gözləyirik. Bizə, "Fərat Qalxanı” bölgəsində qalın deyirlərsə, burada da asayişi təmin edirik. Bizə, "dərhal Menbiçə girəcəksiniz desələr, bu əmrə də yarım saat içində hazır olarıq və girərik" deyə, söyləyib.
Şibil, Menbiçdən sonar digər bölgələrə də gedəcəklərini vurğulayarkən, "Menbiçin əsl sahiblərinə verilməsi bizim üçün yetərli olmaz. Onsuz da PYD/YPG/PKK, Türkiyə sərhədində ən böyük təhdiddir. Sərhədi bu amansız terror təşkilatlarından təmizləmədən Ankarada, İstanbulda, İzmirdə əmin-amanlıq olmaz. Menbiçdən sonra Türkiyə sərhədindəki Kobani, Telabyad, Resulayn, Qamışlı və Sincara qədər yolumuz var.
Bu təşkilatlar qovulduqları yerə TSQ varkən geri gəlməyə cəsarət edə bilməzlər, ancaq bu xətdən tamamilə təmizlənməsələr gələcəkdə yenə bizim başımıza bəla olacaqlar. Arxalarına aldıqları ABŞ gücü ilə daha hara qədər gedəcəklərini düşünürlər? Bir vaxtlar ən böyük dəstəyi Rusiya verirdi, amma indi Rusiya da yoxdur. Kürd qardaşlarımız bunu gördüyü üçün artıq PKK ilə deyil, bizimlə hərəkət edirlər" deyib.
 
BUNDAN SONRA TSQ-nin ƏMRİNDƏYİK
 
ASO-ya bağlı digər bir əhəmiyyətli birlik də Muntasır Billahdır. Birliyin komandiri Firaz Paşa da, Türkiyənin onlara verdiyi dəstəyin çox əhəmiyyətli olduğunu vurğulayıb, hər zaman Türkiyənin əmrində olduqlarını deyib.
Komandir Paşa, "Çox deyil, üç il əvvəl dağılmışdıq. Hazırda içində olduğumuz Çobanbəy və ətrafı tamamilə İŞİD-in nəzarətində idi. Ərəb, Türkmən, Kürd demədən xalqımıza zülm edilirdi. Amma TSQ sayəsində həm azadlığımızı geri aldıq, həm də vətənimizi, torpaqlarımızı. Bizə təlim verən, yetişdirən və dəstəyini əsirgəməyən Türkiyə sayəsində bura qədər gəlmişik. Bundan sonra biz Türkiyənin tərəfində və əmrindəyik" deyə söyləyib.
Müxalifət.az