Türkiyə Prezidentinin inauqurasiya mərasiminin VAXTI AÇIQLANDI

Baxış sayı:
3826

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək. Trend-in məlumatına görə, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.

Seçicilərin 87 faizi səsvermədə iştirak edib.

R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib.