​Türkiyədə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 16 yaralı

Baxış sayı:
4159

 Türkiyənin Mersin-Aslanköy yolunda, Toros adlanan ərazi yaxınlığında baş verən dəhşətli qəzada 3 nəfər ölüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, içərisində əksəriyyəti kənd təsərrüfatına çalışan suriyalı qaçqınların olduğu mikroavtobus aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər ağır yaralanıb.

Alınan məlumata görə, qəza ərazidə yerləşən "qanlı döngə" adlı yerdə baş verib. Qəza yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır. Ölənlərin sayı arta bilər.