Türkiyədə edam cəzası rəsmiləşir – Qanun layihəsi
1-07-2018 19:03
Baxış sayı:
3400

Türkiyənin Böyük Birlik Partiyası edam cəzasının qüvvəyə minməsini nəzərdə tutan qanun layihəsini TBMM-ə təqdim etməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə partiya sədri Mustafa Destici danışıb.
“Bunun tədbirlərinin həmişəlik alınması və bununla bağlı cəzaların təkrar nəzərdən keçirilməsi lazımdır. Nə xədim, nə də həbs cəzası, yeganə seçim edam olmalıdır”, - Destici bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə azyaşlı qızın zorlanaraq öldürülməsi xəbəri ölkədə qəzəb doğurmuşdu.