Türkiyədə mina partladılıb: BİR HƏRBÇİ ŞƏHİD OLUB, İKİSİ YARALANIB

Baxış sayı:
5077

Türkiyənin Siirt əyalətinin Eruh rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər.

Şəhid və yaralı hərbçilər ixtisaslı çavuş olublar.

Türkiyə Silahlı Qüvvələrinin 17-18 iyun tarixlərində İraqın şimalında Avaşin-Basyan bölgələrində, Türkiyənin Diyarbakır əyalətinin Hani, Şırnak əyalətinin Silopi rayonlarında keçirdiyi antiterror əməliyyatları nəticəsində 26 terrorçu zərərsizləşdirilib, onların silah-sursat, ərzaq anbarları bombardman edilib.