Türkiyədə PKK qrupu ilə atışma gedir: 2 ŞƏHİD
27-06-2018 15:35
Baxış sayı:
1885

Türkiyənin Qəhrəmanmaraş bölgəsində PKK terrorçuları ilə təhlükəsizlik orqanları arasında şiddətli atışma baş verib.
Atışma nəticəsində türk ordusunun 1 hərbçisi və 1 təhlükəsizlik qoruyucusu şəhid olub.
Qəhrəmanmaraşın Əkinözü və Nurhak mahalları arasındakı Engizek dağları bölgəsində PKK-çıların müəyyən edilməsindən sonra səhər saatlarında ərazidə təhlükəsizlik orqanları əməliyyata başlayıb. Təhlükəsizlik qoruyucularının da cəlb olunduğu əməliyyatda saat 11:00 radələrində atışma baş verib.
Əraziyə tibbi yardım personalı və əlavə dəstələr cəlb olunub.
Ərazidə atışmaların davam edir./axar/