Türkiyədən ABŞ-a CASUS-KEŞİŞ BRUNSON MESAJI

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, F-35 döyüş təyyarələrinin təhvili qarşılığında FETÖ istintaqı ilə bağlı həbsdə olan Amerikalı casus- keşiş Endryu Brunsonun sərbəst buraxılması tələbinin bir təhdid olduğunu deyib
Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, "F-35 layihəsi çərçivəsində Türkiyə üçün istehsal olunan təyyarələrlə bağlı lazımi təmaslar həyata keçirilmişdir. Sabah F-35-in ilk təslim mərasimi keçiriləcəkdir" deyib.
Bəkir Bozdağ, ABŞ-ın BMT İnsan Haqları Şurasından ayrılma qərarı ilə bağlı olaraq isə, "İnsan haqları pozuntuları mövzusunda bir nömrəli dövlət İsraildir. ABŞ-ın bu mövqeyi də İsrailin insan haqları pozuntularına verdiyi məhdudiyyətsiz bir dəstəkdir. ABŞ rəhbərliyi də insan haqları pozuntularından məsuldur" deyib.
Müxalifət.az