​Türkiyədən Kərkük reaksiyası: Ümid edirik ki...

Baxış sayı:
2845

Kərkükdə səsvermə qutularının olduğu anbara təşkil edilmiş hücumu şiddətlə qınayırıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Olayda həlak olan iraqlı qardaşlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. İraqın rəsmi dairlərinin sözügedən olayla bağlı lazımi addımları atacağına ümid edirik", - açıqlamada bildirilib.
Qeyd edək ki, Kərkükdə seçki bülletenlərinin saxlanıldığı anbar yaxınlığında 3 partlayış baş verib. Partlayışlar zamanı ən azı 14 nəfər yaralanıb.