Türkiyəyə həyasızcasına təhdid: Münbiçə girərlərsə

Terror təşkilatı YPG/PKK-nın Münbiç sözçüsü Türkiyəni hədələyib. Sözçü, “Türk əsgəri Münbiçə girərsə, cavab verəcəyik” deyib.
Münbiç sərhədində 6-ci Patrul-keşik xidmətini davam etdirən Türk ordusunun, sonrakı dövrdə Münbiçin içinə girəcəyi haqda fikrə YPG/PKK-lı Xelil Pozu münasibət bildirərək, Türk əsgərlərinə Münbicə girdikləri təqdirdə qarşılıq verəcəklərini söyləyib.
“Sputnik”-in xəbərinəə görə, terror təşkilatı PKK-nın Suriya davamı YPG-nin də əsasını təşkil etdiyi DSG-yə bağlı Münbiç Hərbi Məclisinin komandanı Xelil Pozu, Türk əsgərinin Münbiçə girməsini istəmədiklərini bildirərək, girdiyi təqdirdə isə qarşılıq verəcəklərini deyib.
KOALİSİYA BİZƏ SÖZ VERDİ
Terrorçu komandir Xelil Poz bunları söyləyib: "Türk əsgərinin Münbiçə girəcəyi xəbərləri doğru deyil. Türk əsgəri ilə ABŞ arasında razılaşmaya görə, Türk əsgəri Saçır çayı ətrafında patrul xidməti göstərəcək. Koalisiya əsgərləri isə Münbiç tərəfindən patrul keşiyi həyata keçirəcək. Koalisiya gücləri ilə keçən günlərdə toplantı keçirdik. Bizə Münbiçi qoruyacaqlarına və kimsənin Münbiçə daxil olmayacağına dair söz veriblər.
Münbiçdə fərqli bir dəyişiklik yoxdur. Yalnız Koalisiya Münbiç tərəfində, Türk əsgəri isə Saçır çayı bölgəsində, yəni ASO-nun olduğu sərhəddə patrul keşiyi çəkir”.
Müxalifət.az