​Ukrayna imtina etdi: Donbas referendumu ölkəni parçalayacaq

Baxış sayı:
4411

Donbasda referendumun keçirilməsi həm siyasi, həm də hüquqi baxımdan mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin Feysbuk səhifəsində paylaşıb.
“Rusiyanın Ukraynanın federalizasiyası haqqında dediklərini xatırlayın və dərhal bu referendumun Donbasa aidiyyatı olmadığını anlayacaqsınız. Bu özü-özlüyündə Kremlin bizim ölkəni parçalamağa cəhd etməsi üçün həyata keçirdiyi məşqdir. Buna nail ola bilməyəcəklər” – deyə o bildirib.