Ukrayna: Ruslarla savaşmaq üçün HEÇ NƏYİMİZ YOXDUR
30-06-2018 15:56
Baxış sayı:
7144

Kiyevin Azov dənizində Rusiya hərbçilərinə qarşı mübarizə aparmaq üçün heç nəyi yoxdur.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın İşğal Olunmuş Ərazilərlə İş üzrə nazir müavini Georgi Tuka deyib. Onun sözlərinə görə, Ukraynanın dənizdə zəif olduğunu Kiyevdə hər kəs bilir.
Qeyd edək ki, Rusiya dünya çempionatı ilə əlaqədar Qara dəniz donanmasının döyüş hazırlığını ən yüksək həddə çatdırıb. Moskva bunu Ukraynadan olacaq təhdidlərə qarşı etdiyini bildirib.